Ermənistan XİN-də ciddi kadr dəyişiklikləri gözlənilir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan XİN-də ciddi kadr dəyişiklikləri gözlənilir

11:32 - 20 / 12 / 2018
Ermənistan XİN-də ciddi kadr dəyişiklikləri gözlənilir

Ermənistan Xarici İşlər Nazirliyində ciddi kadr dəyişiklikləri gözlənilir.

1news.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri yazıb.

Bildirilir ki, Ermənistanın Vatikandakı səfiri, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikayel Minasyanın əvəzinə  xarici işlər nazirinin müavini Karen Nazaryan təyin olunacaq. Digər nazir müavini Aşot Hovakimyan da səfir təyin ediləcək, lakin hansı ölkəyə, bu barədə məlumat verilmir.

Erməni mətbuatı xarici işlər nazirinin müavini Şavarş Koçaryanın təqaüdə göndəriləcəyinə dair də məlumat yayıb. Onun nazirin müşaviri təyin ediləcəyi də istisna olunmur. Koçaryanı müavin vəzifəsində Ermənistanın  İsveç və Finlandiyadakı səfiri Artak Apitonyan əvəz edəcək.

"Xarici İşlər Nazirliyinin strukturunda böyük dəyişikliklər gözlənilir, nazir müavini Armen Papikyan Avstraliyaya səfir göndəriləcək,  Karen Nazaryan və Aşot Hovakimyan təyinat gözləyir, Ruben Rubenyan isə parlamentə göndəriləcək”, deyə  qəzet yazır.

P.Sultanova

Paylaş:
490

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər