Norveçli turisti Ermənistanda döyüb, qarət etdilər
Ermənistanda Norveçdən olan turisti qarət ediblər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hadisə dekabrın 17-də Taşir şəhəri yaxınlığında gecə saatlarında baş verib.
Belə ki, 42 yaşlı Norveç vətəndaşına üç şəxs tərəfindən hücum edilib, onun ayağına və qarın nayihəsinə zərbələr endirilərək idman çantası oğurlayıblar.
Çantada pasportu, bank kartları, mobil telefonu və başqa əşyalar, həmçinin 750 min dram (təxminən 1,547 dollar) pulu olub.
Hadisə ilə bağlı cinayət işi başlanıb, üç nəfər- 23 yaşlı Ervand Qreyan, 27 yaşlı Aşot Simonyan və 27 yaşlı Sarkis Sarkisyan saxlanılıb.
P.Sultanova
570