Hovhannisyan: Ermənistan hökuməti asan qərarların onun üçün vacib olduğunu göstərdi | 1news.az | Xəbərlər
Ermənistan

Hovhannisyan: Ermənistan hökuməti asan qərarların onun üçün vacib olduğunu göstərdi

13:20 - 24 / 12 / 2018
Hovhannisyan: Ermənistan hökuməti asan qərarların onun üçün vacib olduğunu göstərdi

Yeni ildə insanları işsiz qoymaqla bizim "xalq yönümlü" hökumətimiz bir daha onun üçün doğru qərarların deyil, asan olanların əsas təşkil etdiyini təsdiqlədi.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Respublika partiyasının üzvü Arpine Hovannisyan  bildirib. 

Nazirlər Kabinetinə təqdim edilmiş rəsmi layihəyə görə, yalnız mədəniyyət və diaspor nazirlikləri deyil, idman, kənd təsərrüfatı və energetika nazirlikləri də optimallaşdırılacaq.

“Biz təşviqat kampaniyası zamanı məhz bu barədə danışırdıq. Ancaq təəssüf ki, insanların əksəriyyəti Nikol Paşinyana inandı, hansı ki, indi deyir ki, insanlar ona ixtisarların olacaqlarını bildikləri halda səs veriblər.

İnsanlar gələcək addımlarını planlaşdırmaq üçün perspektivdə onları nə gözlədikləri barədə məlumatlandırılmalıdırlar. Daha sonra mən dəyişikliklərin məzmununa dönəcəyəm.

P.S. Yeni il bayramından sonra Nazirlər Kabinetinin dövlət qulluqçuları üçün digər sürprizləri barədə məlumat verəcəyəm".

P.Sultanova

Paylaş:
646

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər