Ağ Ev: Tramp Suriya ilə bağlı qərarını dəyişdirməyəcək | 1news.az | Xəbərlər
Dünya

Ağ Ev: Tramp Suriya ilə bağlı qərarını dəyişdirməyəcək

09:46 - 24 / 12 / 2018
Ağ Ev: Tramp Suriya ilə bağlı qərarını dəyişdirməyəcək

ABŞ prezidenti Donald Tramp Pentaqon rəhbəri Ceyms Mattisin və digər yüksək vəzifəli məmurların istefasına baxmayaraq,  qoşunlarının Suriyadan çıxarılmasına dair qərarını dəyişdirməyəcək.

1news.az xəbər verir ki, bu barədə ABC telekanalına açıqlamasında Ağ Evin aparat rəhbəri  vəzifəsini icra edən Mayk Malvan deyib.

Trampın bu məsələdə  siyasətinin dəyişdirilməsinin mümkünlüyü barədə sualı cavablandıran Malvan bildirib:

"Xeyr, prezident ilk gündən bildirib ki, bizim Suriyada həmişəlik qalmamızı istəmir. Siz iki illik işin son nəticəsini görürsünüz ".

Xatırladaq ki, Ağ Ev 18 dekabrda ABŞ-ın Suriyadan qoşunlarını çıxarmağa başladığını elan edib,  lakin İŞİD üzərində qələbə koalisiyanın mövcudluğunun sona çatması demək deyil.

P.Sultanova

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər