Paşinyan: KTMT-də baş katibin təyini ən vacib məsələ deyil | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan: KTMT-də baş katibin təyini ən vacib məsələ deyil

10:30 - 24 / 12 / 2018
Paşinyan: KTMT-də baş katibin təyini ən vacib məsələ deyil

Biz, təhlükəsizlik atmosferini nəzərə alaraq, özümüz özümüzə sual verməliyik- KTMT-yə ciddi yanaşmalıyıqmı? Bu, vacib bir məqamdır, bəyanatdır və əlbəttə ki, bu məsələ müzakirə ediləcək.

1news.az eməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

O bildirib ki, KTMT çərçivəsində müzakirələrdən razıdır.

"KTMT baş katibinin təyin edilməsi məsələsi ən vacib olan deyil. Bu, rotasiya qaydasında vəzifədir. KTMT-nin məzmunu vacibdir və müzakirələrdən razıyam, çünki KTMT-də olmayan açıq müzakirələr baş verib".

P.Sultanova

Paylaş:
696

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər