Klopp mətbuat konfransında mahnı oxudu - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Klopp mətbuat konfransında mahnı oxudu - VİDEO

16:29 - 25 / 12 / 2018
Klopp mətbuat konfransında mahnı oxudu - VİDEO

Etdiyi zarafatlar və səsləndirdiyi maraqlı fikirlərlə futbol ictimaiyyətinin rəğbətini qazanan "Liverpul"un baş məşqçisi Yurgen Klopp növbəti dəfə diqqət mərkəzinə düşməyi bacarıb.

1news.az
Qol.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 19-cu turunun "Nyukasl"la oyunuöncəsi mətbuat konfransına yüksək əhval-ruhiyyədə gələn alman mütəxəssis klubun mətbuat katibinin doğum günü münasibətilə media nümayəndələrinin qarşısında "Happy birthday to you" (Doğum günün mübarək) mahnısını oxuyub. Klopp səbəbkara ürək sözlərini çatdırmağı da unutmayıb:

"Neçə yaşın var? 39? Gələn il daha böyük olacaqsan".

Qeyd edək ki, "Liverpul" - "Nyukasl" oyunu sabah keçiriləcək.

1news.az

Paylaş:
559

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər