Putinin KTMT ilə bağlı imzalayacağı yeni sənəd Ermənistanı qorxuya salıb | 1news.az | Xəbərlər
Ermənistan

Putinin KTMT ilə bağlı imzalayacağı yeni sənəd Ermənistanı qorxuya salıb

13:29 - 26 / 12 / 2018
Putinin KTMT ilə bağlı imzalayacağı yeni sənəd Ermənistanı qorxuya salıb

Rusiya prezidenti Vladimir Putin KTMT çərçivəsində tərəfdaş dövlətlərin statusunu müəyyən edən sənəd imzalamağı planlaşdırır.

1news.az xəbər verir ki, imzalanması gözlənilən digər bir sənədə görə iştirakçı dövlətlərə yalnız ölkə liderinin deyil, baş nazirlərin də zirvə görüşlərinə göndərilməsinə də icazə verir.

Sənəddə deyilir ki, protokolların KTMT sammitində imzalanması məqsədəuyğundur.

Erməni mətbuatı imzalanmaq üçün hazırlanan ikinci sənədin Ermənistanın konstitusiya dəyişikliyinə uyğunlaşdırıldığını yazır:

“Çünki Ermənistanda ölkə rəhbəri baş nazirdir. Buna görə də bu sənəd vacibdir, başqa tərəfdən, bəzən Moskva baş nazir ilə Ermənistan prezidentinin münasibətlərində süni kontrast yaradaraq, manipulyasiyalara əl atır”.

Erməni mətbuatı Putinin bu sənədlə Azərbaycanın KTMT-yə yolunu açdığını da qeyd edir və bundan narahatlığını ifadə edir: 

“Son vaxtlar Azərbaycanın KTMT-də mümkün üzvlüyü barədə danışıqlar aktivləşib. Əlbəttə ki, real siyasət baxımından bu, çox real bir ssenaridir. Bundan başqa, Azərbaycan, əslində, artıq KTMT-də iştirak edir, hər halda, Qazaxıstan və Belarus onun maraqlarını fəal şəkildə lobbiləşdirir və bu baxımdan Azərbaycanın KTMT-yə üzv olması çox böyük əhəmiyyət daşımayacaq.

Ancaq Azərbaycanın KTMT-də tam hüquqlu üzvü olmasa da, ən azı tərəfdaş dövlət olması söhbəti var. Bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko bunu açıq şəkildə söylədi”.

P.Sultanova

Paylaş:
583

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər