Şok kadrlar: 5 polis belə güllələndi – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Şok kadrlar: 5 polis belə güllələndi – VİDEO

15:42 - 27 / 12 / 2018
Şok kadrlar: 5 polis belə güllələndi – VİDEO

Meksikanın paytaxtı Mexikonun Almolayya de Alkisiras bələdiyyəsində ölkənin Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin 5 zabiti güllələnib.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, 4 zabit hadisə yerində keçinib, beşinci zabit isə çox ağır vəziyyətdə hospitala aparılıb. Onun vəziyyəti kritikdir.

Zabitlərin "La familia Michoacana" narkokartelinin killerləri tərəfindən güllələndiyi bəlli olub. Belə ki, narkokartelin "hücum dəstəsi" meşəlik yolda zabitlərə qurduqları pusquda çəkdikləri videonu sosial şəbəkələrdə paylaşıblar.

Killerlərdən biri həbs olunub.

Olay Mexikodan 85 km cənubda baş verib. Videoda 7 killer görünür.

Onlardan biri smartfonun kamerasına baxaraq: "Polislər, gözləyin, gəlirik!" deyib.

1news.az

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər