Alaverdiyan: Yeni hökumət hələ ki, keçmişlə mübarizə aparır | 1news.az | Xəbərlər
Ermənistan

Alaverdiyan: Yeni hökumət hələ ki, keçmişlə mübarizə aparır

11:27 - 27 / 12 / 2018
Alaverdiyan: Yeni hökumət hələ ki, keçmişlə mübarizə aparır

Ermənistanın yeni rəhbərliyi anti-korrupsiya siyasəti sahəsində hələ ki, keçmişlə mübarizə aparır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə  Ermənistanın ilk ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdyan bildirib.

O deyib ki,  yeni hökumətin korrupsiya ilə mübarizəsinin hansı nəticələr verəcəyini gələn il nəşr ediləcək indeksdə əks olunacaq. 

"İndi baş verənlər keçmişlə mübrizədir”, deyən Alaverdiyan hesab etmir ki, hazırkı sanksiyalar siyasəti insanları yeni korrupsiya sxemlərindən qoruyur.

Hüquq müdafiəçisi yeni hökumətin keçmişdəkinin səhvlərini təkrar etməyəcəyinə ümid edir: 

"Hökumət yanında korrupsiyaya qarşı mübarizə komissiyası var idi, məlum oldu ki, hökumət özü ilə mübarizə aparmalıdır. Həqiqətən müstəqil bir orqan yaratmalıyıq".

P.Sultanova

 

Paylaş:
716

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər