Samvel Mayrapetyan zaminə buraxılıb
Erməni İkinci telekanalının sahibi, iş adamı Samvel Mayrapetyan girov müqabilində həbsdən azad edilib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, onun vəkili Karen Batikyan Mayrapetyanın 30 milyon dram həcmində girov qoyduğunu deyib.
Xatırladaq ki, Mayrapetyan oktyabrın 9-da həbs edilib. O, rüşvət almaqda ittiham olunur.
S.Mayrapetyan Ermənistanın iri sahibkarlarından biridir. Onun avtosalonlar şəbəkəsi, tikinti şirkətləri və restoranları var. Bundan başqa, biznesmenin 2008-ci ildə ölkədə konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezident Robert Koçaryana yaxın adamlardan biri olduğu deyilir.
P.Sultanova
688