"Çiçəklənən Ermənistan" Paşinyana müxalifətdə olmayacaq | 1news.az | Xəbərlər
Dünya

"Çiçəklənən Ermənistan" Paşinyana müxalifətdə olmayacaq

11:38 - 28 / 12 / 2018
"Çiçəklənən Ermənistan" Paşinyana müxalifətdə olmayacaq

"Çiçəklənən Ermənistan" partiyası Nikol Paşinyanın "Mənim addımım" blokuna müxalifət olmayacaq.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın  "Jamanak” nəşri yazıb.

Nəşr qeyd edib ki, "Çiçəklənən Ermənistan" partiyasının sədri, Qaqik Tsarukyan bu gün Ermənistandan gedir və ölkəyə 7-8 yanvar tarixlərində qayıdacaq. Tsarukyan bəyan edib ki, yalnız qayıtdıqdan sonra partiyanın parlament fraksiyası məsələsi ilə məşğul olacaq.

"İndi artıq aydındır ki, “Çiçəklənən Ermənistan” partiyası "Mənim addımım” blokuna heç bir şəkildə müqavimət göstərməyəcək və tənqid etməyəcək, baş nazir Nikol Paşinyanın və onun hökumətinin bütün məsələlərdə təqdim etdiyi qanunvericilik təşəbbüslərini dəstəkləyəcək", - deyə “Jamanak” yazıb.

P.Sultanova

 

Paylaş:
1044

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər