Paşinyan qazın qiymətinin artması barədə
Ermənistanda istehlakçılar üçün qazın qiyməti artmayacaq.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, bu məsələ Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı müzakirə olunub:
"Biz Rusiyadan tədarük edilən qazının qiymətini müzakirə etdik və demək olar ki, razılığa gəlmişik”.
Qeyd edək ki, 2019-cu ilin 1 yanvar tarixindən İrəvan Moskvadan aldığı qazın hər min kubmetri üçün 150 deyil, 165 dollar ödəyəcək.
P.Sultanova
752