Paşinyanın kadrı özlərini Mandela və Qandi ilə müqayisə edib
Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın icraedici və qanunverici orqanlarda müxtəlif vəzifələri tutan tərəfdarları opponentlərin onların gənc və qeyri- peşəkar olmaları barədə tənqidlərini qəbul etmirlər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, “Vətəndaş razılaşması” partiyasının idarə heyətinin üzvü", Ermənistan parlamentinin vitse-spikeri vəzifəsinə namizəd Alan Simonyan bu fikirdə olan insanların tarixi bilmədiklərini iddia edib.
"Dünyada ən vacib və əhəmiyyətli hadisələrin çox böyük hissəsini təcrübəsiz insanlar həyata keçirib. “Qarabağ” komitəsi təcrübəsiz insanlardan ibarət idi, ancaq o, Ermənistana müstəqillik gətirdi. Oradan ciddi və təsirli siyasi şəxslər çıxdı. Böyük təcrübəyə malik olan bütün görkəmli şəxslər hakimiyyətə gəlməyiblər. Çoxları simvola çevriliblər”, Simoyan deyib.
Əlavə edib ki, Mandela, Qandi böyük bir siyasi, dövlət yolu keçmədən, küçədən, insanlar arasından gəldilər və ən əhəmiyyətli siyasi şəxslərdən birinə çevrildilər.
O qeyd edib ki, sıravi vətəndaşlar artıq hakimiyyət dəyişikliyinin təsirini hiss edirlər, məsələn, bir milyard dramdan çox cərimə ləğv olundu, əsgərlər üçün forma və ərzağın keyfiyyəti yaxşılaşıb hərbiçilər üçün ipoteka güzəştləri tətbiq ediləcəkdir. Yeni vergi kodu, onun fikrincə, vergi yükünü asanlaşdıracaq.
P.Sultanova