Çində düşərgələrdə saxlanılan uyğurların sayı 3 milyona çatıb | 1news.az | Xəbərlər
Dünya

Çində düşərgələrdə saxlanılan uyğurların sayı 3 milyona çatıb

16:39 - 04 / 01 / 2019
Çində düşərgələrdə saxlanılan uyğurların sayı 3 milyona çatıb

Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bunu Dünya Uyğur Konqresinin (DUK) sədri İsa Dolkun bildirib.

O, düşərgələrin genişlədildiyinə dair sübutların olduğunu deyərək həmin məkanlarda ölən 350 uyğur mənşəli professorun adları olan siyahının əllərində olduğunu söyləyib.

İ.Dolkun vurğulayıb ki, 2018-ci ilin yanvarında həmin düşərgələrdə saxlanılan uyğur türklərinin sayı bir milyondan çox idi: "Düşərgədə saxlanılanların arasında 80-90 yaşlarında yaşlı insanlar da var. Sabah çox gec olacaq. İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri soyqırımın bir daha təkrarlanmayacağına söz vermişdilər. Ancaq indi Çində uyğurlara qarşı soyqırım həyata keçirilir".

Qeyd edək ki, 2018-ci ildə Sincan-Uyğur Muxtar Bölgəsində 1 milyon 120 min ictimai məmur 1 milyon 690 min uyğur türklərinin ailəsində "qonaq" olub.

1news.az

Paylaş:
481

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər