İrəvanda kütləvi dava: bıçaqlananlar var
İrəvanda kütləvi dava zamanı iki nəfər bıçaq xəsarəti alıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hadisə paytaxtdakı barlardan birində baş verib.
İrəvan sakinləri 30 yaşlı Mqer Muradyan, 41 yaşlı Karen Davtyan, 40 yaşlı Mikayel Aleksanyan və 21 yaşlı Vandazor sakini Artur Etimyan arasında mübahisə ilə müşayiət olunan münaqişə küçədə davam edib. M. Aleksanyan K. Davtyan müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Polis əməkdaşları M. Muradyan və A. Etimyanı axtarır. Hadisə ilə bağlı cinayət işi başlanıb.
P.Sultanova
590