Ukrayna prezidentinin mühafizəçisi bir yumruqla öldürülüb – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Ukrayna prezidentinin mühafizəçisi bir yumruqla öldürülüb – VİDEO

11:35 - 04 / 01 / 2019
Ukrayna prezidentinin mühafizəçisi bir yumruqla öldürülüb – VİDEO

Ukrayna paytaxtının elit rayonlarının birində ölkə prezidentinin mühafizə xidmətinin əməkdaşı Vasiliy Xmelyuk qətlə yetirilib.

İlkin məlumatlara əsasən, şübhəli şəxs peşəkar boksçu Pyotr Oçeretyanıydır. O, 2009-cu ilə qədər ağır çəkidə döyüşüb.

“RQ” agentliyinin xəbərinə əsasən, boksçu axşam saatlarında itlərini gəzintiyə çıxarıb. Xmelyuk isə dostu və ailəsi olan maşınla binaya yaxınlaşıb. Bu zaman avtomobil az qala boksçunun itini əzəcəkmiş. Bundan əsəbləşən Pyotr Xmelyuka xəbərdarlıq edib. Tərəflərin mübahisəsi isə faciə ilə nəticələnib. Boksçu bir zərbə ilə mühafizəçini yerə sərib. Xmelyuk yerindəcə keçinib.

Təcili yardımın əməkdaşları 27 yaşlı Xmelyuka kömək edə bilməyiblər. O, iki körpəsi və arvadının gözləri qarşısında ölüb.

Boksçu isə polisə təslim olub. Onu 15 il həbs cəzası gözləyir.

S.Xankişiyeva

 

 

Paylaş:
504

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər