Paşinyana göstərilən “ayı xidməti” dəhşətli nəticələrə gətirə bilər - erməni mətbuatı | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyana göstərilən “ayı xidməti” dəhşətli nəticələrə gətirə bilər - erməni mətbuatı

12:09 - 04 / 01 / 2019
Paşinyana göstərilən “ayı xidməti” dəhşətli nəticələrə gətirə bilər - erməni mətbuatı

Ermənistanın Mülki Aviasiya Komitəsinin rəhbəri Tatevik Revazyan dövlət büdcəsinin vəsaiti hesabına bahalı avtomobil alıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, komitənin gənc xanım rəhbərinin yeni avtomobili "Toyota Camary" markasındandır.

Erməni mətbuatı, həmçinin yazır ki, baş nazirin həyat yoldaşı Anna Akopyan dövlət məmuru olmadığı və ictimai funksiyaları yerinə yetirmədiyi halda, İsveçrəyə işgüzar səfərə gedəcəyini elan edir:

“Çox məntiqli suallar yaranır: Anna Akopyanın xaricə səfərləri hansı vəsait hesabına baş tutur və o, bu vəsaitlərin hardan əldə olunduğu, nə qədər pul sərf etməsinin hesabatını verir?

Cəmiyyətin müəyyən bir hissəsi tərəfindən bu kimi ədalətli suallar səslənərkən fərqli məzmunlu cavablar olur: “Yaxşı edib. Kimin nəyinə lazımdır?”. Anna Akopyan kimin qarşısında hesabat verirsən, necə hesab edirsənsə, elə də et”. “Nə oldu, Serjin pullarını saymırdınız, yoxsa ki, onun sizi necə qarət etməsi xoşunuza gəlirdi?".

Və bütün cavablar bu məzmundadır".

Qeyd edilib ki, cəmiyyətin böyük hissəsi mövcud hakimiyyətə sərhədsiz azadlıq verir: “Bu, Nikol Paşinyanın “serjləşməsi” üçün vətəndaşların könüllü olaraq ona və komandasına verdiyi kart-balansdır ki, bununla da inqilab ideyası tam şəkildə qiymətdən düşür. Nəyə görə Paşinyana hər şeyi edə bilmək “mükafatı” verilir?”.

Məqalədə deyilir ki, Ermənistanda yaşanan aprel hadisələri erməni xalqının on ildən çoxdur cinayətkar rejimə qarşı əzmkarlıq mübarizəsinin ən son nöqtəsi idi. Uzun illik mübarizə bir şəxsə deyil, korrupsiyaya, ədalətsizliyə qarşı idi. Və indiki vəziyyət  davam edərsə, Paşinyan və komandasına göstərilən belə “ayı xidməti” dəhşətli nəticələrə gətirib çıxara bilər.

P.Sultanova

Paylaş:
487

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər