İrəvanda kütləvi dava olub | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda kütləvi dava olub

13:21 - 07 / 01 / 2019
İrəvanda kütləvi dava olub

İrəvan şəhərində yeniyetmələr arasında kütləvi dava baş verib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, dava yanvarın 6-da, axşam saatlarında Komitas prospektində olub.

Daha sonra qarşıdurma Xaçaturyan küçəsində davam edib. Hadisə yerinə polis əməkdaşları gəlib.

Qarşıdurmada 17 yaşlı M.K. (İrəvan şəhərindəki gimnaziyanın tələbəsi), 15 yaşlı M.A (9-cu sinif şagirdi), 15 yaşlı A.M. (9-cu sinif şagirdi), 15 yaşlı A.S. (9-cu sinif), 17 yaşındakı A.B. (11-ci sinif şagirdi), 15 yaşlı M. B. (9-cu sinif şagirdi), 40 yaşlı N.M. (uşaq bağçasının işçisi) və 51 yaşlı S. B. (Rusiya-Ermənistan Universitetinin müəllimi) iştirak ediblər.

Dava zamanı onlar daşlardan, çubuqlardan istifadə ediblər, bir-birlərinə xəsarət yetiriblər.

Müstəntiqin qərarı ilə məhkəmə ekspertizası təyin edilib və onlar evə buraxılıb.

Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.

P.Sultanova



Paylaş:
654

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər