Səfirlik: Samsunda batan gəmidə 1 azərbaycanlı həlak olub – FOTO – VİDEO – YENİLƏNİB
Azərbaycanın Türkiyədəki səfirliyi Samsun vilayəti sahillərində batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Səfirlik qəza nəticəsində bir nəfər azərbaycanlının həlak olduğunu, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirildiyini bildirib.
16.54
Qara dənizdə azərbaycanlıların da olduğu yük gəmisinin batması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Bu barədə Samsun şəhərinin valisi Osman Kaymak məlumat verib.
Onun sözlərinə görə, heyət üzvlərindən 7 nəfəri xilas edilib.
Ancaq vali ölənlərin kimlikləri və hansı ölkənin vətəndaşları olduğunu açıqlamayıb.
16:10
Türkiyənin Samsun şəhərindən 130 kilometr məsafədə - Qara dənizdə Panama bayrağı ilə üzən yük gəmisi batıb.
1news.az-ın türk mətbuata istinadla verdiyi xəbərə görə, 13 nəfərlik heyəti olan gəmidə Türkiyə Sahil Mühafizəsi Xidməti tərəfindən xilasetmə əməliyyatı aparılır. Samsun valiliyindən verilən məlumata görə, hazırda 6 nəfər xilas edilib, 2 nəfərin isə öldüyü məlum olub.
Gəmi heyəti arasında 9 nəfər Ukrayna, 2 nəfər Azərbaycan, 2 nəfər də Rusiya vətəndaşının olduğunu bildirən valilik axtarış-xilasetmə əməliyyatına 1 təyyarə, 4 helikopter, 4 gəminin cəlb olunduğunu qeyd edib.
S.Xankişiyeva