Qadın futbolunda çalışan mütəxəssislər üçün məşqçi kursu başlayıb | 1news.az | Xəbərlər
Futbol

Qadın futbolunda çalışan mütəxəssislər üçün məşqçi kursu başlayıb

18:04 - 07 / 01 / 2019
Qadın futbolunda çalışan mütəxəssislər üçün məşqçi kursu başlayıb

Yanvarın 7-də AFFA-nın Futbol Akademiyasında qadın futbolunda çalışan mütəxəssislər üçün UEFA-nın “B” kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb.

1news.az-ın məlumatına görə, yanvarın 11-də başa çatacaq məşğələlərə UEFA təlimatçısı, almaniyalı mütəxəssis Anya Paluşeviç rəhbərlik edir. Ona qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Əsgərli və məşqçi Zamir Həsənov kömək edirlər.

1news.az

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər