Gümrüdəki Rusiya hərbi bazası önündə etiraz aksiyası keçiriləcək | 1news.az | Xəbərlər
Ermənistan

Gümrüdəki Rusiya hərbi bazası önündə etiraz aksiyası keçiriləcək

13:16 - 08 / 01 / 2019
Gümrüdəki Rusiya hərbi bazası önündə etiraz aksiyası keçiriləcək

Ermənistanın Avropa Partiyası Avetisyan ailəsinin öldürülməsinin 4-cü ildönümü və Cülyetta Qukasyanın öldürülməsinin 40-cı günü münasibətilə Gümrüdəki 102-ci Rusiya hərbi bazasının qarşısında anım və etiraz aksiyası keçirəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə partiyanın  həmsədri Tiqran Xzmalyan məlumat verib.

Qeyd edək ki, 2015-ci il yanvarın 12-də Gümrüdə rusiyalı hərbçi Valeri Permyakov tərəfindən Avetisyan ailəsinin 7 üzvü qətlə yetirib, onların arasında 2 uşaq da olub. 

Bu ilin dekabrında isə Gümrü şəhərində 57 yaşlı yerli sakin Qukasyan rus hərbçisi tərəfindən qətlə yetirilib.

P.Sultanova

Paylaş:
626

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər