Amazon “Allah” sözü yazılmış döşəməsilən satışa çıxardı, aləm qarışdı | 1news.az | Xəbərlər
Dünya

Amazon “Allah” sözü yazılmış döşəməsilən satışa çıxardı, aləm qarışdı

09:18 - 08 / 01 / 2019
Amazon “Allah” sözü yazılmış döşəməsilən satışa çıxardı, aləm qarışdı

Mərkəzi ABŞ-da yerləşən e-ticarət saytı olan Amazon üzərində ərəbcə ayə və “Allah” yazılmış hamam silənləri satışa çıxarıb.

Bu, müsəlman aləmində mənfi reaksiyaya səbəb olub. Amerikan-İslam Münasibətləri Konseyi məsələyə müdaxilə edib. Təşkilatdan verilən açıqlamadan sonra Amazon hamam əşyasını satışdan çıxarıb.

Bundan başqa, sözügedən malların satışının dayandırılması üçün Change.org-da başladılan kampaniyada 73 min imza yığılıb.

Qeyd edək ki, Amazon bu addımı 2016-cı ildə də atmışdı. Belə ki, şirkət "Allah” yazılmış döşəməsilənləri İngiltərədə satışa çıxarmış, bununla da tənqid edilmişdi.

Ölkə.Az

S.Xankişiyeva

 

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər