Məhkəmə Koçaryanın işinə sabah baxacaq | 1news.az | Xəbərlər
Ermənistan

Məhkəmə Koçaryanın işinə sabah baxacaq

16:36 - 09 / 01 / 2019
Məhkəmə Koçaryanın işinə sabah baxacaq

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın işi üzrə iclas yanvarın 10-da davam etdiriləcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Koçaryanın vəkili Ayk Alumyan deyib.

Onun sözlərinə görə, bugünki iclasda müstəntiq və prokuror hakim Nelli Baqdasaryandan işdən imtina etməsi ilə bağlı vəsatət qaldırıblar.

Məhkəmə müşavirəyə gedib və proses sabah davam edəcək.

Xatırladaq ki, bu gün məhkəmə Robert Koçaryanın girov müqabilində azad edilməsi məsələsinə baxmalı idi.

P.Sultanova

Paylaş:
577

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər