Qazax gəncin qətlində şübhəli bilinən Ermənistan vətəndaşı Rusiyada saxlanılıb | 1news.az | Xəbərlər
Ermənistan

Qazax gəncin qətlində şübhəli bilinən Ermənistan vətəndaşı Rusiyada saxlanılıb

17:14 - 09 / 01 / 2019
Qazax gəncin qətlində şübhəli bilinən Ermənistan vətəndaşı Rusiyada saxlanılıb

Qazaxıstanın Karaqanda şəhərində Yeni il gecəsi baş vermiş qarşıdurmada bir nəfərin qətlə yetirilməsində şübhəli bilinən Ermənistan vətəndaşı Rusiyada saxlanılıb.

1news.az Rusiya mətbuatına istinadla xəbər verir ki, hazırda Qururyan soyadlı şəxsin Qazaxıstana ekstradisiyası məsələsi müzakirə olunur.

Qeyd edək ki, yanvarın 1-də Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. İaşə obyektində Yeni ili qeyd etmək üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra mübahisə restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc - 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.

Daha sonra isə qətldə şübhəli bilinən Qururyanın Rusiyaya qaçdığı məlum olmuşdu.

1news.az 

Paylaş:
513

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər