Hərbi topoqrafların təlim-metodiki toplanışı keçirilir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hərbi topoqrafların təlim-metodiki toplanışı keçirilir – FOTO

17:30 - 09 / 01 / 2019
Hərbi topoqrafların təlim-metodiki toplanışı keçirilir – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2019-cu tədris ili üçün təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı hərbi qulluqçuları ilə təlim-metodiki toplanış keçirilir.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Naviqasiya və Kartoqrafiya İdarəsinin rəisi, 1-ci dərəcəli kapitan Davud Bağırlı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən 2019-cu ildə qarşıya qoyulan tapşırıqları, eləcə də təşkil olunan toplanışda ixtisas üzrə məşğələlərin, fiziki, praktiki və test sınaqlarının müvafiq qaydada keçirilməsi ilə bağlı tövsiyələri şəxsi heyətə çatdırıb.

S.Xankişiyeva

Paylaş:
420

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər