Gürcüstanda 13 nəfər “donuz qripi”ndən ölüb | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda 13 nəfər “donuz qripi”ndən ölüb

09:18 - 09 / 01 / 2019
Gürcüstanda 13 nəfər “donuz qripi”ndən ölüb

Gürcüstanda ötən ay ərzində 13 nəfər A(H1N1) – "donuz qripi" virusundan dünyasını dəyişib.

1news.az-ın rus mətbuata istinadla verdiyi xəbərə görə, bu barədə "Rustavi" teleşirkəti məlumat yayıb.

"H1N1 virusunun yayılması səbəbindən ölkənin bütün böyük klinikaları karantin elan edib. Tibb müəssisələri fövqəladə rejimdə fəaliyyət göstərir. Laboratoriya şəraitində H1N1 virusuna 162 yoluxma halı qeydə alınıb, 13 vətəndaş ölüb, laborator şəraitində 10 ölüm halı təsdiq edilib", - deyə TV öz saytında məlumat yerləşdirib.

S.Xankişiyeva

 

Paylaş:
835

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər