Marketə eşşəklə gedən müdir – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Marketə eşşəklə gedən müdir – VİDEO

12:28 - 10 / 01 / 2019
Marketə eşşəklə gedən müdir – VİDEO

Türkiyənin Niğdə şəhərində marketə eşşəklə gələrək alış-veriş edən və aldığı məhsulları heyvanın üzərindəki heybəyə dolduran vətəndaşın sözügedən ticarət mərkəzinin müdiri olduğu ortaya çıxıb.

1news.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu görüntülərə görə polis şöbəsinə çağırılan Halil Günün zarafat etdiyi məlum olub.

Marketlərdə alış-veriş paketlərinin 1 yanvar tarixindən etibarən pullu satılmağa başlamasının ardından, buna ölkənin müxtəlif bölgələrindən sosial media vasitəsilə reaksiyalar verilməyə başlanıb.

Qeyd edək ki, marketdə işləyənlərin təəccüblü baxışları arasında alış- veriş edən kişinin hərəkətlərini ətrafda olanlar mobil telefonlarla çəkərək sosial mediada yayıb.

Həmin görüntülər izləmə rekordu qırıb.

1news.az

Paylaş:
725

Son xəbərlər

Bütün xəbərlər