Seyran Ohanyana ittiham irəli sürülüb | 1news.az | Xəbərlər
Ermənistan

Seyran Ohanyana ittiham irəli sürülüb

09:16 - 11 / 01 / 2019
Seyran Ohanyana ittiham irəli sürülüb

2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı cinayət işi üzrə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana ittiham irəli sürülüb.

1news.az bu barədə erməni mətbuatına istinadla xəbər verir.

Xüsusi istintaq xidməti isə məsələ ilə bağlı məlumat verməkdən imtina etdi.

Sabiq nazirə Ermənistan Cinayət Məcəlləsinin hansı maddələri üzrə ittiham elan olunduğu hələ bilinmir.

Qeyd edək ki, Seyran Ohanyan 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı açılmış cinayət işi üzrə ittiham elan edilən 6-cı sabiq yüksək rütbəli məmurdur.

P.Sultanova

 

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər