Erməni hərbçi qəzada həlak olub | 1news.az | Xəbərlər
Ermənistan

Erməni hərbçi qəzada həlak olub

09:52 - 14 / 01 / 2019
Erməni hərbçi qəzada həlak olub

Ermənistanın Syunik bölgəsində qəza nəticəsində müqavilə əsasında xidmət edən hərbçi ölüb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hadisə dünən axşam 21: 00-da İrəvan-Mehri yolunda baş verib.

Erməni hərbçi X.Qevorqyan olduğu avtomobil qarşı zolaqda hərəkət edən yük maşınına çırpılıb, nəticəsə o, ölüb.

Qəza nəticəsində yaralanan daha iki nəfər xəstəxanaya aparılıb.

Ermənistan Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

P.Sultanova



Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər