Ermənistanda sığorta şirkətlərinin əməkdaşları aksiya keçirir
Ermənistanda avtomobillərin sığortası tezliklə bahalaşacaq.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə yanvarın 15-də Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirən sığorta şirkətlərinin əməkdaşları bildiriblər.
"Biz avtomobil sığortası sahəsində komissiya ödənişlərinə qarşı etiraz edirik. Bizə hər zaman bildirirlər ki, heç bir şeyin qiyməti artmayacaq, amma bu, belə deyil. İndi problem nədir?
Əvvəllər hər bir sığorta şirkəti öz proqramına uyğun olaraq işləyirdi, sığorta müqaviləsi proqrama uyğun olaraq kiçik bir komissiya ödənişi nə əsasən bağlanıb ", -deyə aksiyaçılardan biri Sarkis Enqoyan bildirib.
P.Sultanova
576