Ermənistanda "donuz qripindən" daha bir nəfər ölüb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda "donuz qripindən" daha bir nəfər ölüb

16:27 - 15 / 01 / 2019
Ermənistanda "donuz qripindən" daha bir nəfər ölüb

Ermənistanda H1N1 A tipli qripindən ikinci ölüm halı qeydə alınıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, 62 yaşlı kişiyə ürək-ağciyər çatışmazlığı diaqnozu qoyulub.

Bir qadın isə qeyd edilən virusdan ötən həftə dünyasını dəyişib.

62 yaşlı kişi həkimə gec müraciət edib.

Ümumiyyətlə, Ermənistanda bu virusun qripi təhlükəsi artmaqdadır.  Xəstəxanalara14-nə olan statistikaya görə 1080 xəstə müraciət edib, onların 837 nəfəri xəstəxanalarda müalicə olunur,  95% -i uşaqlardır.

Nazirliyin mütəxəssisləri uşaq bağçaları və məktəblərdə monitorinqlər aparmaqda davam edirlər.

Xatırladaq ki, Gürcüstanda, 2018-ci ilin dekabr ayının ortalarından etibarən 17 nəfər "donuz qripi"ndən (H1N1 virusundan) ölüb.

P.Sultanova

 

Paylaş:
668

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər