Lukaşenko Paşinyanı təbrik edib | 1news.az | Xəbərlər
Ermənistan

Lukaşenko Paşinyanı təbrik edib

09:59 - 15 / 01 / 2019
Lukaşenko Paşinyanı təbrik edib

Belarus prezidenti Aleksandr Lukaşenko Nikol Paşinyanı yeni parlament heyətinin seçilməsi və Ermənistanın baş nazirinin təyin edilməsi münasibətilə təbrik edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, təbrikdə Belarus və Ermənistanın müxtəlif sahələrdə qarşılıqlı əlaqələrinin inkişaf edəcəyinə və iki xalq arasında dostluğun möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Lukaşenko Paşinyana sağlamlıq, xoşbəxtlik və məsuliyyətli hökumət vəzifəsində uğurlar arzulayıb.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan 14 yanvar tarixində Nikol Paşinyanın baş nazir təyin edilməsi haqqında fərman imzalayıb.

P.Sultanova

Paylaş:
598

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər