Ohanyan1 mart hadisəsində özünü təqsirli bilmir | 1news.az | Xəbərlər
Ermənistan

Ohanyan1 mart hadisəsində özünü təqsirli bilmir

12:53 - 15 / 01 / 2019
 Ohanyan1 mart hadisəsində özünü təqsirli bilmir

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2008-ci il 1 mart hadisəsi ilə əlaqədar özünü təqsirliyi bilmədiyini bəyan edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Ohanyan Milli Təhlükəsizlik Bürosunun və Xüsusi İstintaq Xidməti rəhbərlərinin telefon dinləmələrinin bu işin xüsusi göstərişlə olduğunu sübut etdiyini deyib.

Seyran Ohanyan hərəkət  azadlığına qoyulan məhdudiyyətin qanunsuz olduğunu və hüquqlarını pozduğunu vurğulayıb: 

“Mən 1 martla bağlı işin açılmasını dalana dirəniş kimi qiymətləndirirəm,  elan edilmiş ittihamların məntiqi isə yeni "yaradıcı yanaşmaları" istisna etmir.  Mənə qarşı ittihamlar əsassızdır".

P.Sultanova

 

Paylaş:
602

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər