Putinə sui-qəsd hazırlayan şəxs həbs olundu
Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlamaqda şübhəli bilinən 21 yaşlı vəhabi Armin Alibaşiç Serbiyada həbs olunub. Onun sui-qəsdi yanvarın 17-də V.Putinin Belqrada rəsmi səfəri əsnasında gerçəkləşdirməyə hazırlaşdığı vurğulanır.
Milli.Az bildirir ki, bu barədə Belqradda nəşr olunan “Pravda” qəzeti məlumat yayıb.
Polis patrulu Armin Alibaşiçi Serbiyadakı Novi-Pazar şəhərinin yaxınlığındakı Potok qəsəbəsində saxlayıb. Polislərin diqqətini onun bel çantası cəlb edib. Çantadan optik nişangahlı snayper tüfəngi çıxıb. Alibaşiçin evində axtarış aparılanda isə az qala cəbbəxana və bomba hazırlamaq üçün komponentlər tapılıb.
1news.az
443