Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq | 1news.az | Xəbərlər
Siyasət

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq

09:42 - 16 / 01 / 2019
Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq

Bu gün Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla  Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçiriləcək.

1news.az xəbər verir ki, danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Xatırladaq ki, yanvarın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

P.Sultanova

 

 

Paylaş:
421

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər