Sasun Xaçatryan istefaya göndərilir | 1news.az | Xəbərlər
Dünya

Sasun Xaçatryan istefaya göndərilir

10:16 - 16 / 01 / 2019
Sasun Xaçatryan istefaya göndərilir

Ermənistanın Xüsusi İstintaq xidmətinin rəhbəri Sasun Xaçatryan yaxın günlərdə vəzifəsini tərk edə bilər.

1news.az xəbər verir ki,bu barədə “Joqovurd” nəşri yazıb.

Qeyd edilib ki,  baş nazir Nikol Paşinyanın qərarı ilə Xaçatryan 20 dekabrda bir günlük məzuniyyətə buraxılıb, 21 dekabrda isə geri dönüb.

"Lakin, hüquq-mühafizə sistemində yayılan məlumatlara görə, Sasun Xaçatryan yenidən məzuniyyətə göndəriləcək, amma bu dəfə geri qayıtmamaq şərti ilə”, deyə nəşr yazıb.

Xatırladaq ki, məsələ ilə bağlı Xüsusi İstintaq xidmətinə müraciət edilib, cavab olaraq bildirilib ki, qurum gərgin rejimdə işləyir və Xaçatryan məzuniyyət götürmək niyyətində deyil.

P.Sultanova

Paylaş:
715

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər