Moskvada sərnişinlərə atəş açan erməni taksi sürücüsü saxlanılıb | 1news.az | Xəbərlər
Ermənistan

Moskvada sərnişinlərə atəş açan erməni taksi sürücüsü saxlanılıb

12:16 - 17 / 01 / 2019
Moskvada sərnişinlərə atəş açan erməni taksi sürücüsü saxlanılıb

Bu yaxınlarda Moskvanın qərbində erməni taksi sürücüsü ilə sərnişinləri arasında insdent baş verib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, gənc cütlük evə getmək üçün Krılats rayonundakı ticarət mərkəzində taksi dayanacağına gəliblər.

Sərnişinlər taksi sürücüsü ilə qiymətdə razılaşıblar, ancaq sonra o, fikrini dəyişərək əvvəl razılaşdırılmış məbləğdən daha çox  istəyib.

Nəticədə, onların arasında mübahisə yaranıb, sonra taksi sürücüsü avtomobilə əyləşərək ordan uzaqlaşıb. Təxminən 20 metr getdikdən sonra  geri qayıdıb və travmatik tapança ilə cütlüyə atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, sürücü isə ərazini tərk edib.

Daha sonra polis taksi sürücünü saxlayıb. Bu, Moskvanın yaxınlığında Odintsovo rayonunda müvəqqəti olaraq qeydiyyatdan keçmiş 48 yaşlı Ermənistan əsilli şəxsdir. Onun  travmatik tapança üçün icazəsi olub.

Hazırda "Xuliqanlıq" maddəsi ilə taksi sürücüsünə qarşı cinayət işi başlanıb.

P.Sultanova

Paylaş:
600

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər