İrəvanda Tibb Universitetinin dosenti döyülüb | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda Tibb Universitetinin dosenti döyülüb

09:37 - 18 / 01 / 2019
İrəvanda Tibb Universitetinin dosenti döyülüb

İrəvanda sürücü Tibb Universitetinin dosentini döyüb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hadisə Nair Zaryan küçəsində baş verib.

Opel Astra avtomobilinin sürücüsü heç bir səbəb olmadan  61 yaşlı İrəvan sakini Aşot Qevorkyanla mübahisə edib və onun bədəninin müxtəlif hissələrinə zərbələr endirib. Daha sonra isə onun avtomobilini zədələyib.

Faktla bağlı araşdırma aparılır.

Gevorkyan İrəvan Tibb Universitetinin dosent və müəllimi olmaqla yanaşı, Nork-Maraş tibb mərkəzində çalışır.

P.Sultanova

Paylaş:
708

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər