Qalmaqallı təyinat? - Adonts Ermənistan XİN-ə gətirilir
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bu yaxınlarda İspaniyada diplomatik missiyasını başa vuran nazir Avet Adontsu nazir müavini təyin etməyi planlaşdırır.
1news.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri yazıb.
Adontsın adı bir sıra səs-küylü hadisələrdə, o cümlədən öz vəzifəsindən ticarət məqsədlər üçün istifadə etməkdə hallandırılır.
Nəşr vurğulayıb ki, Mnatsakanyan Adontsun nazir müavini vəzifəsinə təyin olunmasında təkid edir.
Ermənistan Xarici İşlər Nazirliyində bu məlumatı şərh etməyiblər.
2007-ci ildə Adonts "Çiçəklənən Ermənistan" partiyasından parlamentə seçilib, daha sonra diplomatik karyerasına başlayıb.
Ötən müddət ərzində Belçika, Hollandiya və Lüksemburqda səfir olub, Ermənistanın Avropa İttifaqında nümayəndəliyinə rəhbərlik edib.
Daha əvvəl Ermənistan parlamentində Avropaya inteqrasiyası üzrə Daimi Komitənin sədri olub.
P.Sultanova