Məşhur səyyah Lena nənə ölüb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Məşhur səyyah Lena nənə ölüb - FOTO

12:15 - 18 / 01 / 2019
Məşhur səyyah Lena nənə ölüb - FOTO

Bütün dünyada məhşurlaşan 91 yaşlı Krasnoyarskdan olan  səyyah Lena nənə (Yelena Mixaylova) dünyasını dəyişib.

1news.az Rusiya mətbuatına istinadla xəbər verir ki, onda xərçəng xəstəliyi son mərhələdə aşkarlanıb.

Dünyanın əksər ölkələrində böyük maraqla izlənilən 91 yaşlı qadının həyat eşqi, gümrahlığı hər kəsdə təəccüb yaradırdı.

Lena nənənin Instagramda 177 min izləyicisi olub. O, əvvəllər pensiyasını yığaraq səyahətə çıxırdısa, daha sonra çoxlu sponsorları olub və dünyanın hər yerindən dəvətlər alıb. 

Dekabrda Yeni ili Birləşmiş Ərəb Əmirliklərində qarşılamaq istəsə də, qəfil özünü pis hiss etməsi və xəstəxanaya yerləşdirilməsi səbəbindən gedə bilməyib. Daha sonra ona xərçəngin ağır diaqnozu qoyulub.

1news.az

Paylaş:
747

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər