U-19 "Şirvanşahlar irsi dünya muzeylərində" sərgisi ilə tanış olub - FOTO | 1news.az | Xəbərlər
Futbol

U-19 "Şirvanşahlar irsi dünya muzeylərində" sərgisi ilə tanış olub - FOTO

13:19 - 19 / 01 / 2019
U-19 "Şirvanşahlar irsi dünya muzeylərində" sərgisi ilə tanış olub - FOTO

Ötən ilin sonundan etibarən AFFA gənc futbolçuların hazırlanmasında  intensiv idman məşqlərindın savayı, onların dolğun həyat sahibi olmaq, hər bir  məsələyə yaradıcı və yenilikçi yanaşmaq, başqa mədəniyyətlərin fərqini duymaq və anlamaq kimi  keyfiyyətləri aşılamaq üçün 19 yaşadək futbolçulardan ibarət milli komanda ilə xüsusi məşğələlər proqramına start verib.

İl boyu oyunçular ən müxtəlif  mədəni tədbirləri ziyarət edəcək, xarici səfərlər zamanı topladığı təəssüratları müzakirə edəcək və elektron vasitələrlə onları izləyənlərlə bölüşəcəklər.  Bu istiqamətdə ilk tədbir İçərişəhərdə, Şirvanşahlar saryında keçirilən  "Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərgi ilə tanışlıq oldu. Türkiyə və Gürcüstandan qısa müddətlik gətirilən və Azərbaycanda ilk dəfə təqdim olunan nadir tarixi eksponatlar, sərginin ən müasir texniki vasitələrlə müşayiət olunması futbolçular tərəfindən böyük maraqla qarşılandı.  Gənclər sərgidə  onlara ən maraqlı və qeyri-adi görünən eksponatların (özləri çəkdikləri) fotolarını internetdə yerləşdirməyə  qərar verdilər.

Paylaş:
868

Son xəbərlər

Bütün xəbərlər