Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

19:00 - 19 / 01 / 2019
Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycan Respublikasına işgüzar səfəri yanvarın 19-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.

AZƏRTAC

Paylaş:
431

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər