Koçaryan məhkəməni udub | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryan məhkəməni udub

09:58 - 22 / 01 / 2019
Koçaryan məhkəməni udub

İrəvanın ümumi yurisdiksiyası məhkəməsi həbsdə olan sabiq prezident Robert Koçaryanın 1in.am saytına qarşı iddiasını təmin edib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Koçaryanın vəkillər komandasının mətbuat katibi Elen Arakelyan bildirib.

Məhkəmə prosesinin predmeti olan məqalələr ötən ilin yayında dərc edilib. Məqalələrin birində iddia edilib ki, Koçaryan  2008-ci il etiraz aksiyalarının iştirakçılarına atəş açmaq və etirazçıları dağıtmaq üçün qadağan edilmiş vasitələrdən istifadə etməyə göstəriş verib. Koçaryanın məhkəmə iddiasında məqalələrdəki məlumatların tamamilə yalan olduğu vurğulanıb.

Məhkəmə həmin 4 məqalə ilə bağlı saytın təkzib verib, Koçaryandan üzr istəməsinə dair qərar çıxarıb. Həmçinin, sayt Koçaryana təzminat kimi 400 min dram (təxminən 852 dollar) ödəyəcək. 

Təkzib və üzrxahlıq məhkəmə qərarı qüvvəyə mindikdən sonra iki gün ərzində dərc edilməlidir.

P.Sultanova

 

Paylaş:
631

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər