71 yaşlı pensiyaçı taxtadan maşın düzəltdi - FOTO | 1news.az | Xəbərlər
Dünya

71 yaşlı pensiyaçı taxtadan maşın düzəltdi - FOTO

16:39 - 23 / 01 / 2019
71 yaşlı pensiyaçı taxtadan maşın düzəltdi - FOTO

Bosniyada yaşayan 71 yaşlı pensiyaçı taxtadan maşın düzəldib.

1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, Momir Boyik 50 mindən çox palıd hissəciklərindən "Volkswagen Beetle" modelini hazırlayıb. Bu işə onun 2 il vaxtı gedib.

Avtomobilin kuzovu minlərlə palıd hissəcikləri ilə örtülüb. Onların hər biri üçün isə 23 ayrı prosedura ehtiyac yaranıb. Maşının sükanı, dönmə işıqlarını hərəkətə keçirən dəstək, təkərlərin sipəri, şüşəsilənlər və hətta radio da taxtadan hazırlanıb.

1news.az

Paylaş:
1001

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər