Pələnglər qəfəslərinə girən kişini parçaladılar – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Pələnglər qəfəslərinə girən kişini parçaladılar – VİDEO

11:24 - 23 / 01 / 2019
Pələnglər qəfəslərinə girən kişini parçaladılar – VİDEO

Pələnglərin qəfəslərinə girən kişinin parçalanma anı kameraya düşüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, qorxulu anlar Hindistanda, "Mohendra Choudhary" zooparkında yaşanıb.

Avtobusla zooparka gələn ziyarətçiləri gəzdirən sürücü iki pələngin kişinin üstünə hücum etdiyini gördükdə heyvanxana işçilərinə xəbər verib.

Hadisə şahidləri həmin anları mobil telefonla kameraya çəkiblər.

Heyvanxana rəisi Kuldeep Kumar açıqlamasında bildirib ki, orta yaşlı kişi 9 metrlik hasarı aşıb, qəfəsə daxil olduğuna görə pələnglər onu parçalayıblar.

1news.az

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər