Ərdoğandan Maduroya dəstək: yanındayıq | 1news.az | Xəbərlər
Dünya

Ərdoğandan Maduroya dəstək: yanındayıq

09:51 - 24 / 01 / 2019
Ərdoğandan Maduroya dəstək: yanındayıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidenti Nikolas Maduroya dəstəyini ifadə edib.

1news.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib.

O deyib: “Prezident Rəcəb Tayyib Ərdoğan Venesuelanın rəhbəri Nikolas Maduroya zəng edərək, Türkiyənin ona dəstəyini ifadə edib.

Ərdoğan “Maduro, qardaşım! Dik dayan, yanındayıq” dedi. Türkiyə prezidentinin liderliyi müddətində bütün dövlət çevrilişi cəhdlərinə qarşı prinsipial mövqeyini qoruyub saxlayacaq.

Qeyd edək ki, daha əvvəl Venesuela Milli Assambleyasının (birpalatalı parlament) sədri və müxalifət lideri Xuan Quaydo özünü prezidentin vəzifəsini icra edən elan edib. ABŞ prezidenti Donald Tramp və bir sıra digər ölkələr Quaydonu artıq Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

P.S

 

Paylaş:
482

Son xəbərlər

Bütün xəbərlər