Gənc atalara 10 günlük  məzuniyyət veriləcək | 1news.az | Xəbərlər
Dünya

Gənc atalara 10 günlük  məzuniyyət veriləcək

15:35 - 25 / 01 / 2019
Gənc atalara 10 günlük  məzuniyyət veriləcək

Avropa Parlamenti və Avropa İttifaqı Şurasının (AB) üzvləri,  Avropa Komissiyasının gənc atalara 10 günlük məzuniyyətin verilməsi təşəbbüsünü müsbət qarşılayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə yanvarın 25-də “RİA Novosti” Avropa Parlamentinin mətbuat xidmətinə istinadən məlumat verib.

Müsahibənin sözlərinə görə, yeni layihə qadınla kişi arasında uşağın qeydinə qalmaq üçün məsuliyyətlərini bölüşməyə təşviq etmək üçün nəzərdə tutulmuşdu.

Qeyd edildiyi kimi, hazırda Aİ ölkələrin əksəriyyətinin qanunvericiliyi gənc atalara məzuniyyətin verilməsini nəzərdə tutulur. Lakin Almaniya, Xorvatiya, Avstriya, Çexiya, Lüksemburq, Kipr və Slovakiya kimi ölkələrin qanunvericiliyi belə bir  yeniliyi nəzərdə tutmayıb.

S.Xankişiyeva

 

Paylaş:
574

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər