Koçaryanın həbsdən müraciəti: Paşinyan tam bacarıqsızlıq nümayiş etdirir | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryanın həbsdən müraciəti: Paşinyan tam bacarıqsızlıq nümayiş etdirir

16:05 - 25 / 01 / 2019
Koçaryanın həbsdən müraciəti:  Paşinyan tam bacarıqsızlıq nümayiş etdirir

Həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Koçaryan öz  tərəfdarlarına müraciət göndərib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Koçaryanın müraciətində  baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə hökumətin ölkənin siyasi və dövlət idarəçiliyində tam bacarıqsızlıq nümayiş etdirdiyi vurğulanıb.

"Yaxın gələcəkdə biz məyusluq dalğasına şahidlik edəcəyik. Daxili və xarici siyasətdə qeydə alınan ümumi səhvlərin qiyməti iqtisadiyyatda son dərəcə yüksək olacaqdır. Təəssüf ki, bu qiyməti hər birimiz ödəyəcək. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı bir səhv geri dönüşü olmayan və ölümcül nəticələrə gətirib çıxara bilər ", - Ermənistanın ikinci prezidenti bəyan edib.

Koçaryan ona qarşı başlanan cinayət işinə baxmayaraq, ölkənin siyasi həyatından təcrid olunmasını təmin etmək cəhdlərinin perspektivsiz olduğunu bildirib

"Yekunda məni bütün nəticələrlə siyasi məhbus etdilər. Mənə qarşı başladılan iddia fiaskoya uğrayacaq, artıq uğrayıb”.

Koçaryan qeyd edib ki, hazırkı hakimiyyətin istəyinin əksinə olaraq, siyasətlə məşğul olmaqdan imtina etməyəcək.

P.Sultanova

Paylaş:
703

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər