Ermənilərlə dağıstanlılar arasında kütləvi dava olub - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Ermənilərlə dağıstanlılar arasında kütləvi dava olub - VİDEO

10:08 - 25 / 01 / 2019
Ermənilərlə dağıstanlılar arasında kütləvi dava olub - VİDEO

Rusiyanın Çexov şəhərində ermənilərlə dağıstanlıların iştirakı ilə baş vermiş kütləvi davanın  videosu yayılıb.

1news.az xəbər verir ki, görüntüləri erməni mətbuatı Mash Telegram kanala istinadla yayıb.

Məlumatda deyilir ki, Çexov şəhərini  iki qruplaşma - dağıstanlılar və ermənilər nəzarətdə saxlayır.

“Çexov iki “knyazlığa” bölünüb. Erməni diasporu və dağıstanlılar. Bu yaxınlarda isə klanlar arasında təsiretmə və pulla bağlı mübahisə olub.

Ermənilər bunun üçün dağıstanlıların olduğu “Ray” kafesinə gediblər. Söhbət dava, atəşaçma və bıçaqlanma ilə bitib. Onların hamısı şəhər qvardiyası tərəfindən saxlanılıb".

Məlumata görə, polis dava iştirakçılarından rüşvət alb. Belə ki, cinayətkarlıqla mübarizə bölməsinin rəhbəri Mazepa soyadlı şəxs Karen Petrosyana qarşı işi dayandırmaq üçün 100 min rubl, baş inspektor  Kuznetsov soyadlı şəxs isə digər ermənidən 200 min rubl rüşvət alıb.

Federal Tədqiqatlar Bürosunun əməkdaşları Çexov şəhərinin baş polis rəisi Andrey Bolşakovu, onun müavini Aleksandr Zayçevi və digər üç polis rəisini saxlayıb. Onlar sübutları məhv etmək və cinayət işini bağlamaq üçün həmin şəxslərdən rüşvət almaqda şübhəli bilinirlər.

P.Sultanova

Paylaş:
766

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər