Karateçilərimiz “Paris Open” turnirində mübarizəyə başlayırlar | 1news.az | Xəbərlər
İdman

Karateçilərimiz “Paris Open” turnirində mübarizəyə başlayırlar

10:26 - 25 / 01 / 2019
Karateçilərimiz “Paris Open” turnirində mübarizəyə başlayırlar

Böyüklərdən ibarət karate üzrə milli komandamız yeni yarış mövsümünə start verib. Qəbələdə təlim-məşqlərin ardınca 18 nəfərlik heyət gücünü, 25-27 yanvar tarixlərində Fransanın paytaxtında keçiriləcək "Paris Open" Karate1 Premyer Liqa turnirində sınayacaq.

1news.az-ın Milli Karate Federasiyasına istinadən verdiyi xəbərə görə, Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə baş katib Mirhəsən Seyidov, Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb. Məşqçi heyətindən isə kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev, Anar Allahverdiyev və Denis Morozov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov komanda ilə bir yerdədir.

Məşqçilər əsas heyətdən əlavə bir neçə çəkidə əvəzedici heyətə də nüfuzlu yarışda iştirak etmək imkanı yaradıb. Onlardan Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə və Hümmət Baxşəliyev (üçü də -67 kq), Rafael Ağayev (-75 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva və Fidan Teymurova (ikisi də -50 kq) və İlahə Qasımova (-55 kq) turnirin ilk günü, Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (üçü də -84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (üçü də +84 kq), eləcə də Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) isə şənbə günü mübarizəyə qalıtacaq. Medallar uğrunda həlledici görüşlər bazar günü keçiriləcək. Bu yarış həm də kumite üzrə yeni baş məşqçi, türk mütəxəssis B.Kandazın Azərbaycan karateçiləri ilə ilk rəsmi turniri olacaq.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 Premyer Liqa seriyasından ilin ilk turnirində 82 ölkədən 776 idmançı iştirak edəcək. Karateçilər hər qələbəyə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, olimpiya və Avropa Oyunlarına vəsiqə almaq uğrunda reytinq xalları da qazanmağa çalışacaq. İdmançılarımızın çıxışından nəticələr mətn halında canlı təqdim olunacaq.

1news.az

Paylaş:
458

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər